Denis Şmıqal: Azərbaycanın Ukraynaya verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi
sizinxeber.az xəbər saytı

Denis Şmıqal: Azərbaycanın Ukraynaya verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi


Azərbaycanın təqdim etdiyi avadanlıqlar qışı keçməyimizə kömək etdi.

"APA-Economics" xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Ukraynanın energetika naziri Denis Şmıqal bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi artıq 1600 gündür davam edir və Ukrayna bu müddətdə dörd müharibə qışını geridə qoyub.

Nazir qeyd edib ki, ötən qış ən ağır dövr olub, çünki Rusiya raket və pilotsuz uçuş aparatları ilə Ukraynanın demək olar bütün əsas enerji obyektlərinə hücum edib.

Şmıqal qeyd edib ki, Ukrayna ordusunun fəaliyyəti, energetiklərin fədakarlığı və beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ölkə enerji sisteminin çökməsinin qarşısını ala bilib.

"Azərbaycan ötən qış, ən çətin dövrdə dayanıqlılığımıza xüsusilə mühüm töhfə verdi. Azərbaycanlı dostlarımız generatorlar, transformatorlar, kabel məhsulları və digər kritik avadanlıqlar təqdim etdilər. Bu dəstək qışı keçməyimizə kömək etdi", - nazir vurğulayıb.

O əlavə edib ki, müharibə dövründə Azərbaycan Ukraynaya 11 enerji dəstəyi paketi təqdim edib.

"Prezident İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova minnətdarıq. Bu həmrəyliyi yüksək qiymətləndirir və buna görə səmimi təşəkkürümüzü bildiririk", -Şmıqal əlavə edib.

Oxşar xəbərlər

Şmıqal: Azərbaycan qazı Avropanın enerji çatışmazlığı olan regionlarına çata bilər
Denis Şmıqal: Ukrayna Rusiya qazının tranzitini bərpa etməyi planlaşdırmır
Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
Nazir: Qlobal böhran göstərdi ki, bu gün əsas prioritet təhlükəsiz və etibarlı enerji təminatıdır
Şmıqal və Rayt Ukraynanın enerji resurslarının hasılatını artırmağı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər