“TransLogistica Caspian” sərgisində Xəzər regionunda multimodal daşımaların perspektivləri müzakirə olunub
22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) çərçivəsində “Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikasının təmin edilməsində perspektivlər və çağırışlar” mövzusunda panel təşkil olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, panel müzakirələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Marketinq və tarif siyasəti departamentinin müdir müavini Natiq Rəsulzadə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli və “ADY Express” MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov iştirak ediblər.
İştirakçılar Azərbaycanın Orta Dəhliz üzərindən həyata keçirilən daşımalardakı rolunun artdığını, əməliyyatların optimallaşdırılması məqsədilə dəhliz iştirakçısı olan ölkələrlə vahid koordinasiya sisteminin yaradıldığını qeyd ediblər. Orta Dəhlizin sanksiyalardan azad strateji yol olduğu xüsusilə qeyd edilib.
Müzakirələr zamanı qeyd olunub ki, dəmir yolu və dəniz keçidləri vasitəsilə həyata keçirilən yük daşımalarının həcminin qarşıdakı illərdə də artacağı gözlənilir və bu tendensiya Azərbaycan iqtisadiyyatı üçün yeni fürsətlər yaradacaq.
Oxşar xəbərlər
“TransLogistica Caspian” sərgisində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel keçirilib
ADY: Məhdudlaşdırıcı amillər Orta Dəhlizdə ən aktual mövzulardan biridir
Bakıda “Translogistica Caspian” sərgisi keçiriləcək
ADY və ATƏT arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Bakı növbəti dəfə "TransLogistica Caspian" sərgisinə ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
