Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb
Ötən il Gürcüstan Azərbaycana 290 milyon ABŞ dolları dəyərində 12 min 849 ədəd avtomobil ixrac edib.
“Sizinxeber.az”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 43 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 2 milyard 427 milyon ABŞ dolları dəyərində 106 min 51 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 14 % çox və 0,4 % azdır.
Gürcüstandan Qırğızıstana 1,19 milyard ABŞ dolları dəyərində 34 min 560 ədəd, Qazaxıstana 751 milyon ABŞ dolları dəyərində 48 min 986 ədəd, Ermənistana 99,7 milyon ABŞ dolları dəyərində 5 min 17 ədəd, Tacikistana 24,3 milyon ABŞ dolları dəyərində 1 min 496 ədəd avtomobil tədarük edilib.
Oxşar xəbərlər
Azərbaycan avtomobil idxalını 8 % azaldıb
Azərbaycan avtomobil idxalını 9 % azaldıb
Azərbaycan avtomobil idxalını 7 %-ə yaxın azaldıb
Azərbaycan avtomobil idxalını 10 % azaldıb
Azərbaycan avtomobil idxalını 10 %-dən çox azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
