İlham Əliyevin IsDB toplantısında çıxışı iqtisadiyyatda yeni prioritetlərin müəyyənləşdiyini göstərir - RƏY
sizinxeber.az xəbər saytı

İlham Əliyevin IsDB toplantısında çıxışı iqtisadiyyatda yeni prioritetlərin müəyyənləşdiyini göstərir - RƏY


Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində etdiyi çıxış Azərbaycanın qarşıdakı dövr üçün inkişaf istiqamətlərini bir daha ortaya qoydu. Çıxışdan görünür ki, ölkə rəhbərliyi iqtisadiyyatın daha da güclənməsi üçün yeni prioritetlər müəyyənləşdirib.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, əsas mesajlardan biri iqtisadiyyatın şaxələndirilməsidir:

"Yəni Azərbaycan yalnız neft və qaz gəlirlərinə arxalanmaq istəmir. Qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması və sahibkarlığın dəstəklənməsi gələcək inkişafın əsas istiqamətlərindən biri kimi təqdim edildi.

Prezident ərzaq təhlükəsizliyi məsələsinə də xüsusi diqqət çəkdi. Son illərdə dünyada baş verən proseslər göstərdi ki, hər bir ölkə öz ərzaq təminatını gücləndirməlidir. Bu baxımdan kənd təsərrüfatının inkişafı və yerli istehsalın artırılması strateji əhəmiyyət daşıyır".

Deputat vurğulayıb ki, çıxışda nəqliyyat-logistika infrastrukturunun inkişafı da ön plana çıxarılıb. Bildirilib ki, Azərbaycan artıq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən vacib tranzit mərkəzlərindən birinə çevrilir:

"Yeni yolların, dəmir yollarının və limanların inkişafı ölkənin regional və beynəlxalq əhəmiyyətini daha da artırır.

Dövlət başçısının vurğuladığı digər mühüm məsələ bərpaolunan enerji və yaşıl keçiddir. Bu, Azərbaycanın gələcəyə hesablanmış siyasət apardığını göstərir. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan ölkə üçün yeni imkanlar yaradır.

Ümumilikdə, bu çıxış Azərbaycanın inkişaf modelinin yeni mərhələyə keçdiyini göstərən mühüm mesajlar verdi. Burada əsas məqsəd iqtisadi dayanıqlılığı artırmaq, müasir texnologiyalara əsaslanan inkişafı sürətləndirmək və ölkənin regional mövqeyini daha da gücləndirməkdir".

Oxşar xəbərlər

Bakıda IsDB Qrupunun illik toplantısında yeni sazişlər imzalanıb
İlham Əliyevin IsDB toplantısında səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi uğurlarını əks etdirir - RƏY
İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Mikayıl Cabbarov: "Özəl sektorun inkişafı və texnoloji tərəqqi iqtisadi siyasətin əsas prioritetləridir"
İlham Əliyev: Bu gün sülh artıq reallıqdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər