Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
sizinxeber.az xəbər saytı

Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək


Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirənin təşkili prosesinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən həyata keçirilməsinin qanunvericilik əsasları yaradılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə və “İctimai iştirakçılıq haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikliklərlə müvafiq subyektlər tərəfindən həyata keçirilən bir sıra hərəkətlərin (ictimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilmə tarixi barədə məlumatlandırılma, ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtı, ictimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan), habelə Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələri ilə bağlı əlaqəli məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə açıqlanmasının təmin edilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Vətəndaşların qanunvericilik təşəbbüsü prosesinin elektron qaydaya keçirilməsi I oxunuşda təsdiqlənib
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə qeydiyyat davam edir
Ədliyyə Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər