Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitinədək ölkənin müdafiə investisiyaları planının təqdim ediləcəyini bildirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, Starmer NATO-nun Baş katibi Mark Rütte ilə telefon danışığı zamanı alyans üzvlərinin dəyişən təhlükələr fonunda kollektiv müdafiəni gücləndirmək üçün birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.
Baş nazir müdafiə investisiyaları planının hazırlanması ilə bağlı məlumat verərək sənədin NATO sammitindən əvvəl dərc olunacağını təsdiqləyib.
Starmer həmçinin Böyük Britaniyanın növbəti parlament çağırışı dövründə (2029–2034-cü illər) müdafiə xərclərini ÜDM-in 3 faizi səviyyəsinə çatdırmaq niyyətində olduğunu bir daha bəyan edib.
Onun sözlərinə görə, milli təhlükəsizliyin təmin edilməsi hökumətin əsas prioriteti olaraq qalacaq.
Oxşar xəbərlər
Kral III Çarlz Konqresdə NATO-nun qorunmasının vacibliyini vurğulayıb
NATO Baş katibi Britaniyanın Baş naziri ilə görüşəcək
Starmer Putinin NATO-nun Ukrayna münaqişəsində iştirakı ilə bağlı sözlərini şərh edib
Starmer və Tramp Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
NATO gələn həftədən nüvə təlimlərinə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
