Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 21,72 milyon ABŞ dolları dəyərində 597 ədəd avtomobil ixrac edib.
"Sizinxeber.az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 53 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 2 ayı ərzində Gürcüstan xarici ölkələrə 216,3 milyon ABŞ dolları dəyərində 8 min 442 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 24 % və 31 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 102 milyon ABŞ dolları dəyərində 2 min 493 ədəd, Qazaxıstana 50,32 milyon ABŞ dolları dəyərində 3 min 217 ədəd, Tacikistana 12,61 milyon ABŞ dolları dəyərində 787 ədəd, Ermənistana 8,7 milyon ABŞ dolları dəyərində 385 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,81 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.
Oxşar xəbərlər
Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb
Gürcüstanın Azərbaycana avtomobil satışı 22 % azalıb, dəyəri isə 14 % artıb
Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb
Azərbaycan avtomobil idxalını 8 % azaldıb
Azərbaycan avtomobil idxalını 10 % azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
