Dünya Bankının məsləhətçisi: Mərkəzi Asiya və Qafqaz regionunda gənclər ümumi əmək resurslarının 50%-ni təşkil edir
sizinxeber.az xəbər saytı

Dünya Bankının məsləhətçisi: Mərkəzi Asiya və Qafqaz regionunda gənclər ümumi əmək resurslarının 50%-ni təşkil edir


Gənclər İslam ölkələri üçün strateji inkişaf aktividir, lakin onların potensialından istifadədə hələ də ciddi boşluqlar mövcuddur.

"APA-Economics" xəbər verir ki, bunu Dünya Bankının Maliyyə, Rəqabətqabiliyyətlilik və İnnovasiya sahələri üzrə baş məsləhətçisi Ramil Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusunda təşkil olunan sessiyada bildirib.

Onun sözlərinə görə, regionda məşğulluq səviyyəsi təxminən 15–30 faiz arasında dəyişir: "Eyni zamanda, nə təhsildə, nə məşğulluqda, nə də təlimdə olan gənclərin (NEET) payı da təxminən 20 faiz ətrafındadır. Bu göstəricilər Şərqi Avropa ölkələri ilə müqayisə edilə bilər. Lakin bu potensialı itirməyə heç bir əsas yoxdur. Biz bilirik ki, iqtisadiyyat və məhsuldarlıq əsasən əmək amili ilə müəyyən olunur. Kapital və texnologiya da mühüm rol oynayır. İslam ölkələri, xüsusilə Mərkəzi Asiya və Qafqaz regionu əmək resursları ilə zəngindir və bunun böyük bir hissəsini - təxminən 50 faizini gənclər təşkil edir".

O həmçinin vurğulayıb ki, regionda təxminən yarım milyon tələbə xaricdə təhsil alır. Bunun təxminən 20 faizi Türkiyəyə yönəlir. Digərləri isə müxtəlif ölkələrə gedir: "Regiondaxili təhsil və əmək mobilliyi hələ də məhduddur və bu istiqamətdə böyük inkişaf potensialı mövcuddur".

Oxşar xəbərlər

Əlcəzairdə "Gənclərin İnkişafı və Gələcəyə Hazırlıq" mövzusunda 13-cü forum keçirilib - FOTO
Zehra Selçuk: 2028-ci ilə qədər qlobal halal bazarın həcmi 11 trilyon dollara çatacaq
ADB: Turist axınının yönləndirilməsi yeni yaşayış məntəqələri yarada bilər
Asiya İnkişaf Bankı: 2030-cu ilədək iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə əlavə 100 milyon ayırmağı düşünürük
Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər