ADB: Turist axınının yönləndirilməsi yeni yaşayış məntəqələri yarada bilər
"Turist axınının yönləndirilməsi yeni yaşayış məntəqələri yarada bilər".
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada Asiya İnkişaf Bankının (ADB) Su və Şəhər İnkişafı üzrə direktoru Cinmin Huanq deyib.
O bildirib ki, kiçik ada dövlətlərində turizmin müəyyən şəhər və bölgələrdə cəmləşməsi mənzil, infrastruktur və şəhər xidmətləri üzərində ciddi təzyiq yaradır.
Cinmin Huanq qeyd edib ki, ADB-nin Palau ölkəsində dəstəklədiyi Koror–Babeldaob Dayanıqlı Şəhər İnkişafı Strategiyası bu problemin həlli üçün alternativ model təklif edir: "Strategiya turist axınının ölkənin əsas şəhər mərkəzi olan Korordan iqtisadi potensialı yüksək, lakin daha az inkişaf etmiş Babeldaob adasına yönləndirilməsini nəzərdə tutur".
Onun sözlərinə görə, bu yanaşma yeni yaşayış məntəqələrinin və dayanıqlı mənzil layihələrinin yaranmasına şərait yaradır, eyni zamanda iqtisadi aktivliyi daha balanslı şəkildə bölüşdürür.
ADB rəsmisi vurğulayıb ki, düzgün şəhərsalma planlaşdırılması sayəsində turizmin inkişafı, əlçatan mənzil təminatı, iqlim dayanıqlılığı və əsas kommunal xidmətlərin genişləndirilməsi eyni vaxtda təmin oluna bilər.
O əlavə edib ki, Palau hökuməti artıq strategiyanı təsdiqləyib və hazırda onun həyata keçirilməsi üçün özəl sektor da daxil olmaqla yeni investisiyaların cəlb olunması istiqamətində iş aparılır.
Oxşar xəbərlər
Professor: Qloballaşma ada dövlətlərində mənzil böhranını dərinləşdirir
Maldiv adaları iqlim dəyişikliyinə uyğunlaşmaq üçün təcili beynəlxalq yardım istəyir
Asiya İnkişaf Bankı: Şəhərlərdə kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Çexiyalı nazir: Mənzil əlçatanlığı, infrastruktur ehtiyacları və regional fərqlər əsas çağırışlardır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
