Hikmət Hacıyev: 2020-ci ilin noyabrından bu günədək 427 nəfər mina qurbanı olub
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: 2020-ci ilin noyabrından bu günədək 427 nəfər mina qurbanı olub


Azərbaycanda 2020-ci il noyabrın 10-dan etibarən mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73-ü həlak olub, 354-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalır və aktiv hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da insan həyatına son qoymağa davam edir:

"2020-ci il noyabrın 10-dan etibarən Azərbaycanda mina partlayışları nəticəsində 427 nəfər zərərçəkən qeydə alınıb, onlardan 73 nəfəri həlak olub, 354 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərin 231 nəfəri mülki şəxsdir 1991-ci ildən bu günədək isə mina qurbanlarının ümumi sayı 3 500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var".

Prezidentin köməkçisi qeyd edib ki, minaların yaratdığı faciəvi insan itkisi ilə yanaşı, genişmiqyaslı mina çirklənməsi məcburi köçkün ailələrinin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, azad edilmiş ərazilərin bərpasına, iqtisadi inkişafına və kənd təsərrüfatının dirçəldilməsinə ciddi maneə törədir.

"Aşkar edilərək zərərsizləşdirilən hər bir mina təkcə potensial olaraq xilas edilmiş bir insan həyatı deyil, həm də bərpa və yenidənqurma yolunda atılmış mühüm addımdır. Minatəmizləmə fəaliyyəti yalnız təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət və dayanıqlı bərpa ilə inkişafın əsas şərtlərindən biridir".

Oxşar xəbərlər

Bu ilin altı ayı ərzində mina və PHS partlayışları nəticəsində 18 nəfər xəsarət alıb
Sarıcalı kəndində 44 ədəd tank əleyhinə mina partladılaraq zərərsizləşdirilib
Hikmət Hacıyev: Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub
Kamran Əliyev: Ötən il 41 nəfər minaların qurbanı olub
Prezidentin köməkçisi: Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər