Mərkəzi Bank sistem əhəmiyyətli bankların qiymətləndirilməsi meyarlarını təsdiqləyib
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank sistem əhəmiyyətli bankların qiymətləndirilməsi meyarlarını təsdiqləyib


Azərbaycan Mərkəzi Bankı (AMB) “Bankın sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi Meyarları”nı təsdiqləyib.

APA-Economics” xəbər verir ki, bu meyarlar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57-9.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və xarici bankların yerli filiallarının sistem əhəmiyyətli bank kimi qiymətləndirilməsi meyarlarını müəyyən edir.

Qeyd edilib ki, bankın sistem əhəmiyyətliliyi aşağıdakı cədvəldə verilmiş göstəricilər (kateqoriyalar, indikatorlar və həmin indikatorlara verilmiş xüsusi çəkilər) vasitəsilə qiymətləndirilir:

No

Kateqoriya

İndikator

Xüsusi çəki (%)

1

Ölçü

Cəmi aktivlər

30%

Depozit portfeli

10%

2

Şaxələnmə

Maliyyə institutları qarşısında öhdəliklər

8.3%

Maliyyə institutlarında yerləşdirilən aktivlər

8.3%

Qiymətli kağızlar üzrə öhdəliklər

8.3%

3

Əvəzolunmazlıq

Ödəniş sistemləri vasitəsilə aparılan əməliyyatlar

7.5%

Əmanətçi sayı

7.5%

Unikal müştəri sayı

7.5%

Maliyyə inklüzivliyi

7.5%

4

Mürəkkəblik

Birjadankənar törəmə maliyyə alətləri

2.5%

Ticarət məqsədləri üçün nəzərdə tutulan qiymətli kağızlar

2.5%

Bildirilib ki, sistem əhəmiyyətli bankların siyahısı hər il 1 mart tarixinədək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə təsdiq edilir.

Sistem əhəmiyyətli bankların müəyyən edilməsi barədə qərar qəbul edildiyi tarixdən 5 (beş) iş günü ərzində bu barədə müvafiq banka və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı məlumat verilir və sistem əhəmiyyətli bankların siyahısı Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində dərc olunur.

Oxşar xəbərlər

AMB sistem əhəmiyyətli bankların qiymətləndirilməsi meyarlarını təsdiqləyib
Azərbaycanda sistem əhəmiyyətli banklarla bağlı meyarlar təkmilləşdirilir
IMF: Azərbaycanda sistem əhəmiyyətli banklar üçün kapital tələbi sərtləşdirilməlidir
"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb
Mərkəzi Bank: Vaxtı keçmiş kreditlərin həcmində yaranan fərq hesablama ilə bağlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər