IMF: Azərbaycanda sistem əhəmiyyətli banklar üçün kapital tələbi sərtləşdirilməlidir
sizinxeber.az xəbər saytı

IMF: Azərbaycanda sistem əhəmiyyətli banklar üçün kapital tələbi sərtləşdirilməlidir


Azərbaycanda sistem əhəmiyyətli banklar (yəni ölkə üçün strateji əhəmiyyət kəsb edən böyük banklar) üçün daha sərt kapital tələbləri müəyyən edilməlidir.

"APA-Economic" xəbər verir ki, bu barədə qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (IMF) nizamnaməsinin IV maddəsi çərçivəsində 2025-ci il üzrə yekun bəyanatında bildirilib.

IMF qeyd edib ki, Mərkəzi Bankın bank sektorunda risklərə qarşı atılan addımlar, xüsusilə də 2025-ci il martın 1-dən etibarən banklara əlavə 0.5% kapital ehtiyatı tələbi qoyulmasını və depozit portfellərində yüksək konsentrasiyaya malik banklar üçün rezerv normativlərinin artırılması müsbət addımdır.

Bununla belə, Fond dörd istiqamətdə islahatların davam etdirilməsini tövsiyə edir: "Sistem əhəmiyyətli banklar (yəni ölkə üçün strateji əhəmiyyət kəsb edən böyük banklar) üçün daha sərt kapital tələbləri müəyyən edilməlidir. Birləşdirilmiş nəzarət (consolidated supervision) tam şəkildə tətbiq edilsin. Bu, bankların bütün törəmə və əlaqəli qurumları ilə birlikdə nəzarətə cəlb olunması deməkdir. Böhran zamanı istifadə olunacaq bank iflas (resolution) planları hazırlanaraq tamamlanmalıdır. Fövqəladə likvidlik yardımı (ELA) sistemi gücləndirilməlidir ki, maliyyə bazarlarında təzyiqlər yarananda Mərkəzi Bank operativ müdaxilə edə bilsin".

IMF hesab edir ki, bu tədbirlər bank sisteminin davamlı inkişafını təmin edəcək, maliyyə sabitliyini gücləndirəcək və real sektora kredit axınını artıracaq.

Oxşar xəbərlər

IMF: Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığı güclüdür, amma müəyyən risklər qalır
Azərbaycan bankları ötən il 600 mln. manatdan çox dividend ödəyib
Banklar 9 ayda 636 mln. manat depozit faizi ödəyiblər
Banklar 8 ayda 570 mln. manat depozit faizi ödəyiblər
"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər