"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb
Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2008-ci il tarixdə üzv olan "Naxçıvanbank" ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib.
Oxşar xəbərlər
“Naxçıvanbank”ın lisenziyası ləğv edilib, bank BOKT-a çevrilib
Əmanətlərin Sığortalanması Fondu "Naxçıvan Bank"ı reyestrindən çıxarıb
“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
"Muğan Bank"ın əmanətçilərinə şad xəbər!
“Muğan Bank”a məxsus əməkhaqqı kartlarındakı pulların aqibəti necə olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













