IMF: Azərbaycanın 2025-ci ildə fiskal siyasətinin yumşaldılması məqsədəuyğun deyil
Azərbaycanda 2025-ci ildə fiskal konsolidasiyanın davam etdirilməsi həm tsiklik səbəblərə görə, həm də neft-qaz gəlirlərinin nəsillər arasında ədalətli bölüşdürülməsini təmin etmək üçün zəruridir.
“Sizinxeber.az” Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, davamlı iqtisadi artımı nəzərə alaraq, 2025-ci ildə büdcə siyasətinin yumşaldılması məqsədəuyğun deyil.
“Əksinə, 2025-ci ildən başlayaraq təxminən 10 il ərzində qeyri-neft sahəsi üzrə ilkin kəsirin qeyri-neft ÜDM-in 1,5-2 faiz bəndi həcmində illik azaldılması tövsiyə olunur”, - fondun iqtisadçıları qeyd edirlər.
Hesabatda deyilir ki, nəsillər arasında bərabərliyi təmin edən qeyri-neft sahəsi üzrə ilkin kəsir hədəf səviyyəsi qeyri-neft ÜDM-in 6 -6,5 %-ni təşkil edir: “Bu səviyyəyə çatmaq gələcək nəsillərə cari karbohidrogen ehtiyatlarından istifadədən davamlı rentabellik əldə etməyə imkan verəcək”.
Fondun müəlliflərinin fikrincə, bu fiskal konsolidasiya planının həyata keçirilməsi təsdiqlənmiş fiskal qaydanın prinsiplərinə uyğundur və uzunmüddətli perspektivdə iqtisadi sabitliyin qorunması istiqamətində mühüm addım olacaq:
“Fiskal korreksiya kursunun daha çox təxirə salınması və ya bundan uzaqlaşma fiskal qaydaya olan inamı sarsıda və gələcək nəsillər üçün aktivlərin qorunmasını çətinləşdirə bilər”.
Oxşar xəbərlər
Vüqar Bayramov: "Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı"
Dünya Bankı: Bu il Azərbaycanda CƏB üzrə profisit ÜDM-in 11 %-ni keçəcək
Vüqar Gülməmmədov: "Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq"
IMF 2025-ci ildə Azərbaycanda iqtisadi artım proqnozunu açıqlayıb
IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
-
Prezidentin xüsusi nümayəndəsi: Xankəndidə 24 minə yaxın əhali yaşayır
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Azərbaycanda tekstil avadanlıqları sahəsində yeni dövlət standartları qəbul edilib
-
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
