Vüqar Gülməmmədov: "Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq"
sizinxeber.az xəbər saytı

Vüqar Gülməmmədov: "Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq"


2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat çox olacaq.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.

"Son nəticədə bu gəlirlər büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edəcək", - deyə o qeyd edib.

Sədr həmçinin deyib ki, güzəşt və azadolmaların davamlı tətbiqi əlavə dəyərin artımını dəstəkləsə də, bu artımın büdcə gəlirlərinə birbaşa deyil, dolayı təsir edəcəyi gözlənilir: “2025-ci ildə güzəşt və azadolmalar üzrə büdcəyə hesablanmayan məbləğin də artacağı ehtimal olunur. Lakin bu göstəricinin gəlirlərə transformasiyasının təsiri yaxın perspektivdə tam özünü doğrultmaya bilər”.

O, gəlir proqnozlarının icrasında ciddi risklərin gözlənilmədiyini də vurğulayıb.

Oxşar xəbərlər

Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası: Qeyri-büdcə sektorundan DSMF-yə daxilolmalarla bağlı əlavə potensial var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 2028-ci ildə büdcə xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər