Sizinxeber.az » İqtisadiyyat » Maliyyə » IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır

IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda nominal ÜDM-in 2023-cü ildəki 72,4 milyard ABŞ dollarından 2024-cü ildə 75,6 milyard ABŞ dollarına, 2025-ci ildə isə 77 milyard ABŞ dollarına qədər artacağaını proqnozlaşdırır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə IMF-in “Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı "Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" yeni hesabatında deyilir.

Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda ÜDM-in real artımı 2023-cü ildəki 1,1 %-lə müqayisədə 3,2 % təşkil edəcək, 2025-ci ildə isə 2,5 %-dək azalacaq. Qeyri-neft sektorunda artımın 2024-cü ildə 4,8 %, 2025-ci ildə 3,8 % səviyyəsində (2023-cü ildəki 3,7 %-ə qarşı) olacağı gözlənilir. Eyni zamanda, neft sektoru üzrə ÜDM-də 2023-cü ildəki 4,2 %-lik azalma 2024-2025-ci illərdə 0,5 %-dək yavaşlayacaq.

Qazaxıstanda neft hasilatının artımının dayanması səbəbindən Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda neft ixracatçıları arasında artım tempinin 2023-cü ildəki 3,9 %-dən 2024-cü ildə 3,3 %-ə enəcəyi proqnozlaşdırılır. 2025-ci ildə ÜDM-in 3,9 %-ə qədər müvəqqəti artımı Qazaxıstandakı “Tengiz” neft yatağının genişləndirilməsi ilə əlaqədar olacaq. Ortamüddətli perspektivdə Azərbaycan və Türkmənistanda böyük məbləğdə investisiya qoyuluşu olmadan istehsal gücləri ilə məhdudlaşan karbohidrogen hasilatının sabitləşməsi proqnozlaşdırılır.

"Qlobal neft və qaz qiymətlərinin azalması regionun Azərbaycan və Qazaxıstan kimi neft ixracatçıları arasında iqtisadi artımda qeyri-enerji sektorunun rolunu yüksəldib. Xüsusilə Azərbaycanda və Qazaxıstanda hələ də yüksək istehlak kreditləşməsi və biznes kreditləşməsinin son dərəcə artımı ilə səciyyələnən böyük daxili tələb tikinti və xidmət sektorlarında aktiv iqtisadi fəallıqla müşayiət olunub. 2024-cü ildə Azərbaycanda dövlət və özəl investisiyalar bu sektora əhəmiyyətli təkan verib.

Ölkədə inflyasiyanın yavaşlaması pul-kredit siyasətini yumşaltmağa və uçot dərəcəsini 75 baza bəndi endirməyə imkan verib”, - IMF vurğulayır.

Proqnozlara görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildəki 8,8 %-ə qarşı 2024-cü ildə 2,1 %, 2025-ci ildə 4,8 % olacağı gözlənilir.

“Qlobal tendensiyalara uyğun olaraq, CCA-nın neft ixracatçıları arasında ümumi baza inflyasiyasının 2024-cü ildəki 7 %-dən ortamüddətli dövrdə 5,2 %-ə enəcəyi proqnozlaşdırılır. Azərbaycanda 2024-cü ilin əvvəlində idxal inflyasiyasının təsirinin azalması səbəbindən inflyasiya əhəmiyyətli dərəcədə zəifləyib. Qazaxıstanda kommunal xidmət tariflərinin artması və valyutanın dəyərdən düşməsi səbəbindən inflyasiya təzyiqi yüksək olaraq qalır. Qazaxıstan Mərkəzi Bankı cari faiz dərəcəsinin ilin sonuna qədər saxlanılacağının mümkün olduğunu bildirib. Türkmənistanda isə əksinə, yumşaq pul-kredit siyasəti və dövlət tərəfindən əməkhaqqı və pensiyaların illik 10 % artırılması inflyasiyanın yüksəlməsinə səbəb olub”, - IMF bildirir.

Fondun məlumatına görə, neft ixracatçıları arasında Rusiya ilə xarici ticarətin həcmi 2024-cü ilin birinci rübündə azalıb: Qazaxıstandan Rusiyaya ixracda 20 %, Azərbaycandan ixracda isə 10 % azalma olub. Eyni zamanda, ümumi ixrac və idxalın ümumi həcmi də azalıb ki, bu da neft və qaz qiymətlərinin aşağı düşməsi fonunda xarici mövqenin pisləşməsinə səbəb olub.

IMF enerji qiymətlərinin aşağı düşməsi fonunda neft ixracatçıları arasında xarici balansların azalacağını gözləyir, bununla belə, orta cari hesab profisiti bu il ÜDM-in 0,8 % həcmində qalacaq, ortamüddətli perspektivdə isə kəsirlə əvəzlənəcək. Bu proqnoz apreldəki gözləntilərlə müqayisədə ÜDM-in 1,5 faiz bəndi artımını, Qazaxıstanda daha yüksək neft gəlirlərini və dividend repatriasiyasının azalmasını əks etdirir. Karbohidrogenin ucuzlaşması, Türkmənistanda valyutanın yenidən qiymətləndirilməsi və Qazaxıstanda sənaye malları idxalının artım tempinin neft ixracını üstələməsi ilə əlaqədar gələcəkdə bütün neft və qaz ixracatçıları, xüsusən də Azərbaycan və Türkmənistanda cari hesab saldosunun pisləşəcəyi gözlənilir.

"Buna baxmayaraq, dövlət borcu ÜDM-in 20 %-i və ya ondan aşağı səviyyədə qalır ki, bu da bu ölkələrin sabit fiskal mövqeyindən xəbər verir", - hesabatda bildirilir.

Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin 20,5 %, 2025-ci ildə isə 20,3 % olacağı gözlənilir.

Hesabatın müəlliflərinin fikrincə, karbohidrogen gəlirlərinin azalması xüsusilə Azərbaycanda və Qazaxıstanda fiskal problemləri kəskinləşdirir. Hər iki ölkə karbohidrogen gəlirlərinin azalmasının təsirini yumşaltmaq üçün tədbirlər həyata keçirsə də (məsələn, Azərbaycanda və Qazaxıstanda vergi güzəştlərinin azaldılması və Qazaxıstanda korporativ vergi dərəcələrinin artırılması yolu ilə), bu tədbirlər dövlət borcunun artmasının qarşısını almaq üçün kifayət etmir (xüsusilə Qazaxıstanda). Bununla belə, dövlət sektorunun borc səviyyəsinin proqnozlaşdırılan dövrdə ÜDM-in 27 %-i və ya ondan aşağı səviyyədə qalacağı gözlənilir.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib