Vüqar Bayramov: "Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı"
Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı.
“Report” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Gələn ilin büdcəsi iqtisadi və fiskal hədəflərə uyğun olaraq formalaşmış sənəddir. Büdcədən ayrılan hər 100 manatın 41 manatı sosial istiqamətə yönəldiləcək. Büdcə gəlirlərinin strukturu bir daha təsdiq edir ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatında, büdcə gəlirlərinin formalaşmasında qeyri-resurs sektoru, yəni qeyri-resurs gəlirləri əsas rol oynayacaq, gəlirlərin 51 %-i qeyri-neft-qaz sektorunun payına düşəcək”, - o vurğulayıb.
Deputatın sözlərinə görə, büdcə zərfində qlobal və regional risklər qeyd olunur: “Eyni zamanda fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı. Çünki fiskal risklərin öncədən qiymətləndirilməsi və büdcə zərfində öz əksini tapması, preventiv tədbirlərin həyata keçirilməsi baxımından vacibdir”.
Oxşar xəbərlər
Vüqar Gülməmmədov: "Büdcənin qeyri-neft-qaz gəlirləri 924 milyon manat artacaq"
AMB büdcə kəsirinin maliyyələşdirilməsi ilə bağlı təkliflərlə çıxış edib
Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir
Azərbaycanda “Yaşıl xərcləmə” meyarından istifadə olunması təklif edilir
Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












