4SİM-in dəstəyi ilə ADA Universiteti DİF-in "Strateji İntellekt" platformasına qoşulub
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Dünya İqtisadi Forumu (DİF) ilə əməkdaşlığı çərçivəsində ADA Universiteti Forumun "Strateji İntellekt" ("Strategic Intelligence") platformasına məzmun təminatçısı kimi qoşulub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən "Report"a verilən xəbərə görə, ADA Universitetinin bu platformada təmsil olunması ölkənin akademik və analitik potensialının qlobal bilik ekosisteminə inteqrasiyası və elmi nailiyyətlərin auditoriyasının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.
Qeyd edək ki, "Strateji İntellekt" platformasının 1 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Platformada Harvard, Yel, Oksford universitetləri və KAİST institutu da daxil olmaqla 400-dən artıq akademik tərəfdaş məzmun təqdim edir.
"Strateji İntellekt" yüzlərlə qlobal problemin və onların qarşılıqlı əlaqələrinin xəritəsini təqdim edən süni intellekt əsaslı təhlil platformasıdır. Bu platforma istifadəçilərə müxtəlif mövzular üzrə əsas məsələləri daha geniş perspektivdə analiz etməyə və qlobal tendensiyaları anlamağa imkan yaradır. Məlumatlar "transformasiya xəritəsi" adlanan interaktiv və dinamik vizuallaşdırma formatında təqdim olunur. Bu xəritələr 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər sahələr üzrə qlobal çağırışlar arasındakı əlaqələri araşdırmağa imkan verir.
ADA Universiteti ölkəmizdən platformaya qoşulan 4-cü məzmun təminatçısıdır. 2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi və Bakı Mühəndislik Universiteti məzmun təminatçısı kimi platformaya qoşulublar.
Oxşar xəbərlər
Azərbaycan və Dünya İqtisadi Forumu yeni əməkdaşlıq planını müzakirə edib
4SİM-in icraçı direktoru: "Azərbaycanda rəqəmsal transformasiya əmək məhsuldarlığını 30 %-dək artıracaq"
4SIM “Binance”la Anlaşma Memorandumu imzalayıb
Azərbaycanın süni intellekt irəliləyişləri beynəlxalq konfransında təqdim edilib
Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
