UN-Habitat: Münaqişələrdən zərər çəkən insanların 60%-dən çoxu şəhərlərə sığınır
sizinxeber.az xəbər saytı

UN-Habitat: Münaqişələrdən zərər çəkən insanların 60%-dən çoxu şəhərlərə sığınır


Dünyada məcburi köçkün vəziyyətinə düşən insanların 60%-dən çoxu qaçqın düşərgələrində deyil, şəhərlərdə məskunlaşır.

"Sizinxeber.az-Economics"in Bakıda keçirilən Dünya Şəhərsalma Forumundan (WUF13) verdiyi məlumata görə, bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Azərbaycandakı ölkə nümayəndəsi Anna Soave bildirib.

Onun sözlərinə görə, bu insanlar əksər hallarda qeyri-formal yaşayış məntəqələrində, əsas xidmətlərdən, məşğulluq imkanlarından və təhlükəsiz yaşayış şəraitindən uzaq şəraitdə yaşayırlar.

“Evini itirmiş və geri qayıda bilməyən insanlar üçün şəhərlər həm sığınacaq, həm də yeni çağırışlar məkanıdır”, – Soave qeyd edib.

O bildirib ki, iqlim dəyişikliyi artıq gələcəyin deyil, bu günün problemidir və xüsusilə münaqişələrdən zərər çəkmiş ərazilərdə mövcud problemləri daha da dərinləşdirir.

UN-Habitat rəsmisinin sözlərinə görə, iqlim dəyişiklikləri onsuz da zəif olan sistemlərə əlavə təzyiq yaradır, infrastrukturun yenidən qurulmasını çətinləşdirir və icmaların həssaslığını artırır.

“Biz infrastrukturu yalnız günəşli günlər üçün deyil, fırtınalara davamlı şəkildə layihələndirməliyik”, – Soave vurğulayıb.

O əlavə edib ki, UN-Habitat Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyinin dəstəklədiyi Baku Climate and Peace Action Hub və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) ilə birlikdə bu təşəbbüsün həyata keçirilməsinə dəstək verir.

Oxşar xəbərlər

UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır
Dövlət Komitəsinin nümayəndə heyəti Nayrobidə BMT-nin tədbirində iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər