BMqT-nin baş direktoru: Şəhərlər inklüziv olduqda birgəyaşayış məkanlarına çevrilə bilər
sizinxeber.az xəbər saytı

BMqT-nin baş direktoru: Şəhərlər inklüziv olduqda birgəyaşayış məkanlarına çevrilə bilər


Əgər iqlim fəaliyyətinin sülhə töhfə verməsini istəyiriksə, inklüziv, dayanıqlı və miqrasiyaya həssas şəhər həllərinə investisiya yatırmalıyıq ki, cəmiyyət daxilində inklüzivlik təmin olunsun.

APA xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) baş direktoru Emi Pop Ümumdünya Şəhərsalma Forumunun (WUF13) “Həssas və münaqişədən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı sessiyasının açılışına ünvanladığı mesajında deyib.

“Şəhərlər yalnız böhranların cəmləşdiyi məkanlar deyil, həm də həll yollarının ortaya çıxa biləcəyi yerlərdir.

Yerli hökumətlərin şəhər genişlənməsini idarə etməsinə dəstək vermək resurslar uğrunda rəqabətin münaqişəyə çevrilməsinin qarşısını ala bilər. İqlimə davamlı mənzillər və erkən xəbərdarlıq sistemləri təkrarlanan iqlim şokları ilə üzləşən icmaların daha təhlükəsiz, daha bağlı və iqtisadi baxımdan daha dayanıqlı qalmasına kömək edir.

Sülhə yönəlmiş iqlim fəaliyyəti sadəcə emissiyaların azaldılması və ya iqlim təsirlərinə uyğunlaşmaq demək deyil. Bu, bərabərsizliklərin azaldılması, etimadın gücləndirilməsi və insanların sabitlik və ləyaqət şəraitində yaşaması üçün imkanların yaradılması deməkdir. Eyni zamanda bu, məcburi köçkünlərin, miqrantların, qaçqınların və onları qəbul edən icmaların planlaşdırma və qərarvermə proseslərinə tam şəkildə daxil edilməsini təmin etmək anlamına gəlir.

Çünki şəhərlər inklüziv, dayanıqlı və davamlı olduqda, onlar yalnız sığınacaq yerləri yox, həm də imkan, birgəyaşayış və sülh məkanlarına çevrilirlə bilər”, - Baş direktorun mesajında qeyd olunub.

Oxşar xəbərlər

Nazir müavini: FHN genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir
COP29-da şəhər iqlimi fəaliyyətinin maliyyələşdirilməsi üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib
BMqT: 2050-ci ilə qədər 260 milyondan çox insan daxili miqrasiyaya məruz qala bilər
APA WUF13-ün media tərəfdaşı olub
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər