Azərbaycan və Slovakiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Slovakiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb


Azərbaycan və Slovakiya parlamentləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətləri arasında keçirilmiş görüş zamanı parlamentlər arasında əlaqələr ətraflı şəkildə müzakirə edilib:

"Bu əlaqələrin daha da inkişaf etdirilməsinə dair Rixard Raşi ilə eyni mövqedəyik. Bu gün iki ölkə parlamentləri arasında əməkdaşlığa dair imzaladığımız anlaşma memorandumu da bunun nəticəsidir".

S.Qafarova Azərbaycanla Slovakiya arasında müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə müvafiq iş aparılır:

"Xalqlarımız arasındakı əlaqələrin daha da gücləndirilməsi baxımından humanitar sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

Sahibə Qafarova: Raşinin Azərbaycana səfəri Slovakiya ilə yüksək əlaqələrin göstəricisidir
Rixard Raşi: Azərbaycan və Slovakiya Bakıda əməkdaşlığa dair danışıqlar aparacaq
Peter Pelleqrini iyulda Azərbaycana səfər edəcək
Rixard Raşi Azərbaycana gəldi
İlham Əliyev və Rixard Raşi Bakıda Slovakiya biznesi üçün yeni imkanları müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər