Dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib
2025-ci ilin fevral ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib.
Bu barədə "Sizinxeber.az-Economics"ə Maliyyə Nazirliyindən bildirilib.
Belə ki, fevral ayında dövlət büdcəsinin gəlirləri 2.686,1 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1% çox olub.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 863,2 milyon manat, Dövlət Gömrük Komitəsindən 530,6 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 4,2 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1.206,8 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 40,6 milyon manata, sair daxilolmalar isə 40,7 milyon manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, fevral ayında dövlət büdcəsinin xərcləri 3026,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 65,4 milyon manat və ya 2,2 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanın dövlət büdcəsinin profisiti 5 %-dən çox artıb
2024-cü il dövlət büdcəsinin gəlirlərinin icra vəziyyəti açıqlanıb
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb
Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













