Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0,6% çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 1379,6 milyon manat və yaxud 3,9% çoxdur.
Bu barədə "Sizinxeber.az-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, növbəti ildə dövlət büdcəsinin xərcləri 2024-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 74,7 milyon manat və ya 0,2% azalma ilə 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır ki, bu da, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 3209,7 milyon manat və yaxud 8,8% çoxdur. 2024-cü ildə dövlət büdcəsinə yenidən baxılmadan əvvəl dövlət büdcəsinin xərcləri 36 milyard 763,0 milyon manat həcmində və ya 2025-ci il üçün təklif olunan məbləğdən 2904,6 milyon manat az təşkil edib.
Oxşar xəbərlər
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
