Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3% artaraq 22 milyard 584,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 18 milyard 766,6 milyon manata bərabər olub.
"Sizinxeber.az-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında büdcənin xərcləri isə 10,4% artaraq 19 milyard 458,4 milyon manata yüksəlib. 2023-cü ilin ilk 7 ayında büdcə xərcləri 17 milyard 620,5 milyon manat təşkil edib.
Bu ilin ilk 7 ayında dövlət büdcəsinin profisiti 3 milyard 126,5 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə çoxdur. 2023-cü ilin eyni dövründə bu rəqəm 1 milyard 146,1 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
