Azərbaycanın dövlət büdcəsinin profisiti 5 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın dövlət büdcəsinin profisiti 5 %-dən çox artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 6 milyard 737,5 milyon manat, xərcləri isə 5 milyard 365,9 milyon manat təşkil edib.

"Report" xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,78 % və 2,1 % çoxdur.

Son nəticədə 2 ayda büdcədə 1 milyard 371,6 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 5,3 % çoxdur.

Maliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin fevral ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib. Belə ki, fevral ayında dövlət büdcəsinin gəlirləri 2 milyard 686,1 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1 % çox olub.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 863,2 milyon manat, Dövlət Gömrük Komitəsindən 530,6 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 4,2 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1 milyard 206,8 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 40,6 milyon manata, sair daxilolmalar isə 40,7 milyon manata bərabər olub.

Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, fevral ayında dövlət büdcəsinin xərcləri 3 milyard 026,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 65,4 milyon manat və ya 2,2 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycanın dövlət büdcəsində 2,5 milyard manatdan çox profisit yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın dövlət büdcəsində 3,5 milyard manata yaxın profisit yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 2025-ci il üçün büdcəsi daha 40 milyon manat artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın icmal büdcəsinin profisiti 2 dəfə azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın icmal büdcəsində 9 milyard manata yaxın qalıq yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər