sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.5% artaraq 25 milyard 223,4 milyon manat təşkil edib.
"Sizinxeber.az-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin səkkiz ayında büdcənin xərcləri isə 8.3% artaraq 22 milyard 362,4 milyon manata yüksəlib.
Bu ilin ilk səkkiz ayında dövlət büdcəsinin profisiti 2 milyard 861,0 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə 218,5 milyon manat büdcə kəsiri qeydə alınmışdı.
Oxşar xəbərlər
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb
Gömrük xətti ilə büdcə daxilolmaları bu il 4 mlrd. manata yaxınlaşıb
Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 3,3 mlrd. manata çatıb
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 1.5 mlrd. manata yaxınlaşıb
Bu il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 mlrd. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













