2024-cü il dövlət büdcəsinin gəlirlərinin icra vəziyyəti açıqlanıb
2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36388,0 milyon manat proqnoza qarşı 37164,2 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 5,5 faiz və ya 1927,8 milyon manat çoxdur.
Bu barədə “Sizinxeber.az-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnoza nisbətən 3,3 faiz çox icra edilməklə 24383,2 milyon manat təşkil edib.
2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin 15808,0 milyon manatı və ya 42,5 faizi vergi və rüsumlar üzrə daxilolmalarının, 12781,0 milyon manatı və ya 34,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6648,7 milyon manatı və ya 17,9 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 547,9 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 250,0 milyon manatı və ya 0,7 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmaların, 37,6 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1021,1 milyon manatı və ya 2,7 faizi sair daxilolmaların, 69,9 milyon manatı və ya 0,2 faizi məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmaların payına düşür.
Bildirilib ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq edilmiş proqnozdan vergi və rüsumlar üzrə daxilolmalar 538,0 milyon manat və ya 3,5 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları 213,7 milyon manat və ya 3,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 9,6 milyon manat və ya 34,3 faiz, məqsədli büdcə fondları (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan məqsədli büdcə fondları və Nəqliyyat vasitələrinin utilizasiya fondu) üzrə daxilolmalar 33,6 milyon manat və ya 1,9 dəfə, sair gəlirlər üzrə daxilolmalar isə 264,4 milyon manat və ya 34,9 faiz çox, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 283,1 milyon manat və ya 34,1 faiz az təmin edilib.
Oxşar xəbərlər
Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 48%-dək artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü il dövlət büdcəsinin xərclərinin icra vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












