Expressbank Uşaq Onkologiya Mərkəzini ziyarət edib
Expressbank Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə Milli Onkologiya Mərkəzi nəzdində fəaliyyət göstərən Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət edib.
Ziyarət zamanı Bank nümayəndələri uşaqlarla söhbət edib, onların arzularını bölüşüblər. Xərçənglə mübarizədə qalib tərəf olacaqlarını ifadə edən “Qalib sənsən!” şüarı ilə onlarda ruh yüksəkliyi yaradan çıxışlar ediblər. Həmçinin hər bir uşağa Expressbank tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
“Hər zaman ictimaiyyətin yanında və hafizəsində özünəməxsus yer tutmaqla onlar üçün dəyər yaratmaq və bununla dəyər qazanmaq” hədəfi ilə çıxış edən Expressbank uşaqlara yönəlik tədbirlərilə gələcəyimizin memarlarını daim diqqətdə saxlayır.
Belə ki, bundan öncə uşaqların inkişafına və təhsilinə yönəlik bir çox tədbirlər və ianələr Bank tərəfindən həyata keçirilib.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Oxşar xəbərlər
Expressbank rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektrikli avtomobil qazanmaq imkanı - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vergi işçilərinə şad xəbər! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Niyazi Bayramov Uşaq evi SXM-nin sakinlərini Yeni il münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












