Azərbaycanda “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” təsdiqlənib
sizinxeber.az xəbər saytı

Azərbaycanda “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” təsdiqlənib


Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədini təsdiqləyib.

"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, sənəd beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.

Sənəddə makroprudensial siyasətin son və aralıq məqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı, kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əks olunur.

Makroprudensial siyasətin əsas məqsədi sistem risklərinin akkumulyasiyasını aradan qaldırmaqla maliyyə sabitliyini qorumaq və onun dayanıqlılığını gücləndirməkdir. Maliyyə sektorunun dayanıqlılığı və sabitliyi uzunmüddətli dayanıqlı iqtisadi artımın əsas şərtlərindən hesab olunur. Qeyd olunan əsas məqsədə nail olmaq üçün çərçivə sənədində beş aralıq məqsəd müəyyən olunub.

Beynəlxalq təcrübədə makroprudensial siyasətin yeni çağırışlar və risklər fonunda təkmilləşdirilməsi davam edən bir prosesdir. Bu səbəbdən də çərçivə sənədində Mərkəzi Bank tərəfindən hazırda istifadə olunan alətlərlə yanaşı, gələcəkdə tətbiq oluna biləcək makroprudensial alətlərə dair məlumatlar da təqdim edilir.

Sənədi nəzərdən keçirmək üçün bu linkə daxil olmaq lazımdır.

Oxşar xəbərlər

AMB: Maliyyə sektorunun dayanıqlılığı artıb
Daha bir nüfuzlu nəşr Trampı “ilin adamı” elan edib
Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
Azərbaycanda 2025-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb
“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər