Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
Azərbaycan bank sektoru BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkədə "yaşıl transformasiya” çərçivəsində maliyyə öhdəliklərinin həcmini açıqlayacaq.
“Report” xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O vurğulayıb ki, noyabrın 14-də keçiriləcək konfransdakı müzakirələr maliyyə məsələlərinə həsr olunacaq: "AMB maliyyə sektoru ilə birlikdə üç tədbir keçirəcək. Burada, həmçinin bank sektorunun Azərbaycanda “yaşıl transformasiya”nın maliyyələşdirilməsi üzrə üzərinə götürdüyü maliyyə öhdəliklərinin həcmi açıqlanacaq".
T.Kazımovun sözlərinə görə, qeyd olunan tarix əlamətdar olacaq, çünki ölkənin bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək.
Oxşar xəbərlər
Taleh Kazımov: "Bank sektoru COP29 çərçivəsində keçiriləcək Maliyyə günündə öhdəliklər götürəcək"
Azərbaycan Mərkəzi Bankı "yaşıl gündəliyi" ilə bağlı planlarını açıqlayıb
Taleh Kazımov: "COP29 ərəfəsində dayanıqlı maliyyə sahəsində bazara bir çox yeniliklər gələ bilər"
AMB: Maliyyə sektorunun dayanıqlılığı artıb
AMB ilin sonuna qədər Yaşıl Taksonomiya üzərində işləri yekunlaşdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












