Hesablama Palatasının "İqlim Skaneri" üzrə apardığı qiymətləndirmə yekunlaşıb
sizinxeber.az xəbər saytı

Hesablama Palatasının "İqlim Skaneri" üzrə apardığı qiymətləndirmə yekunlaşıb


Hesablama Palatası 18 ölkəni təmsil edən Ali Audit Orqanının hazırladığı “İqlim Skaneri” layihəsinin qiymətləndirilməsini yekunlaşdırıb.

"Sizinxeber.az" bu barədə Palataya istinadən xəbər verir.

Sənəd iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, bu təsirlərə uyğunlaşma üçün həyata keçirilən fəaliyyətlərin əhəmiyyətini nəzərə alınaraq Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) çərçivəsində beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə hazırlanıb.

“İqlim Skaneri” aləti vasitəsilə bu təşəbbüsə qoşulan 141 ölkənin Ali Audit Orqanı iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumətin gördüyü işlərin, o cümlədən milli və beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərin icrası vəziyyətinin qiymətləndirilməsini aparıb. Hesablama Palatası INTOSAI-ın üzvü kimi İqlim Skaneri alətinin tətbiqi üzrə təşəbbüsdə iştirak edib və ölkəmiz üzrə müvafiq qiymətləndirməni həyata keçirib.

Qiymətləndirmə nəticələrinin tamlığının təmin edilməsi, habelə bu fəaliyyətlər üzrə nümunəvi ölkə imicinin qorunub saxlanılması üçün qiymətləndirmənin gedişatı və əldə olunmuş ilkin nəticələr aidiyyəti dövlət orqanları ilə müzakirə olunub.

Dünya üzrə aparılan qiymətləndirmənin qlobal (icmallaşdırılmış) nəticələrinin COP29 çərçivəsində noyabrın 14-də Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən UNDP, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. qurumların nümayəndələrinin, habelə dövlət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə açıqlanması nəzərdə tutulur.

Oxşar xəbərlər

COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq
Hesablama Palatası IFAC-la gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib
Hesablama Palatası: "ClimateScanner"in nəticələri COP29-da təqdim olunacaq
Bakıda COP29 çərçivəsində ClimateScanner layihəsinin nəticələri təqdim ediləcək
Hesablama Palatası şəffaflığı və ictimai iştirakçılığı artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər