COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq
100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri COP29-da açıqlanacaq.
“APA-Economics” xəbər verir ki, bunu EUROSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, INTOSAI-a hazırda sədrlik edən Braziliya Ali Audit Orqanı (AAO) İNTOSAI-ın Ətraf Mühitin Auditi üzrə İşçi Qrupu ilə birlikdə ekspertlərin və beynəlxalq təşkilatların (BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA), Dünya Bankı, BMT-nin İnkişaf Proqramı (UNDP) və s.) dəstəyi ilə İqlim Skaneri adlı təşəbbüsə başlayıb.
“İqlim Skaneri aləti 100-dən çox AAO tərəfindən iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən işlərin qiymətləndirilməsini nəzərdə tutur. Hazırkı tarixə müxtəlif AAO-lar, o cümlədən Hesablama Palatası tərəfindən aparılan qiymətləndirmənin nəticələri icmallaşdırılması üçün müvafiq sistemə daxil edilib”- HP sədri qeyd edib.
Vüqar Gülməmmədov əlavə edib ki, qeyd olunan məsələdən irəli gələrək COP29 çərçivəsində 14 noyabr tarixində Hesablama Palatası və INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçiriləcək. Tədbirin beynəlxalq qurumlar, hökumət, parlament təmsilçiləri ilə yanaşı, bu sahədə böyük audit təcrübəsinə malik bəzi xarici ölkələrin AAO-larının nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Hesablama Palatası ekoloji sahədə keçirdiyi auditləri açıqlayıb
Elmar Məmmədov: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulub
Praqada ATƏT-in Forumu çərçivəsində COP29-a həsr olunmuş tədbir təşkil olunub
Vladanka Andreeva: Biz hər kəsin iqlim məsələlərinə öz töhfəsini vermək üçün səfərbər olduğunu görürük
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
