Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək
Azərbaycan, İran və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.
O qeyd edib ki, Azərbaycanın İran və Rusiya arasında strateji mövqeyi üçtərəfli əməkdaşlığı inkişaf etdirmək və tranzit potensialını artırmaq üçün xüsusi imkanlar yaradır: “Görüşdə xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi ilə beş il ərzində 15 milyon ton yük daşınmasını hədəfləyən layihələr müzakirə olunub. Bu çərçivədə İran, Azərbaycan və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək".
Oxşar xəbərlər
Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş keçiriləcək
Moskvada Rusiya və İran arasında məsləhətləşmələr keçirilib
Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalanıb
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq
Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













