

“Təmiz Şəhər” ASC tərəfindən nəqliyyat vasitələri üzrə növbəti utilizator qeydiyyata alınıb
Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən növbəti utilizator “Semsan” şirkəti reyestrdə qeydiyyata alınıb.
"Sizinxeber.az" xəbər verir ki, utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən şirkət yaxın zamanda Gəncə şəhərində fəaliyyətə başlayacaq.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək məqsədilə artıq Bakı ilə yanaşı Gəncə şəhərində də nəqliyyat vasitələri utilizasiyaya qəbul olunacaq.
Qeyd edək ki, ölkəmizdə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin, proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
“Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq, həyata keçirilən prosesdə ötən ilin oktyabr ayından indiyə qədər 4 600-ə yaxın nəqliyyat vasitəsi utilizasiya verilib və proqram çərşivəsində indiyə qədər 227 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aprılır və məcburi xarakter daşımır.
Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir.
Oxşar xəbərlər
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ilk ödənişlər edilib
Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanılıb
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanılıb
"Təmiz Şəhər"in sədri: "Utilizasiyaya ehtiyacı olan avtomobillərin çoxu həyətdə "kubik" üzərindədir"
Azərbaycanda utilizasiyaya qəbul olunmuş avtomobillərin sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
