![Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ilk ödənişlər edilib](/uploads/posts/photo/azrbaycanda-nqliyyat-vasitlrinin-utilizasiyas-il-bal-ilk-dnilr-edilib.webp)
![](/templates/ulviamon/images/logo.webp)
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı ilk ödənişlər edilib
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı istifadəyə verilib.
Bu barədə “Report” “Təmiz Şəhər” ASC-yə istinadən xəbər verir.
Ötən dövr ərzində 30 nəqliyyat vasitəsi utilizasiyaya verilib və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib.
Qeyd edək ki,ölkədə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.
Bunu nəzərə alaraq, “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. “Tullantılar haqqında” qanunun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb.
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi ilə bağlı bu linkdən tanış olmaq olar.
Oxşar xəbərlər
Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanılıb
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə başlanılıb
"Təmiz Şəhər"in sədri: "Utilizasiyaya ehtiyacı olan avtomobillərin çoxu həyətdə "kubik" üzərindədir"
"Təmiz şəhər"də avtomobillərin utilizasiyası ilə bağlı şöbə yaradılıb
Nazirlik əməkdaşı: "İnkişaf etmiş ölkələrdə utilizasiya prosesi məcburidır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Expressbank"ın xalis mənfəəti azalıb - Hesabat
-
"Expressbank"da fiziki şəxslərin depozit portfeli 33 % artıb
-
Gürcüstan Davos İqtisadi Forumunda iştirak etməyəcək
-
BSM aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı açıqlama yayıb
-
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
-
Portuqalya millisinin və “Real”ın sabiq futbolçusu qanunsuz biznes açmaqda ittiham olunur
![Resim Yükle](https://i.hizliresim.com/gisurbu.jpg)