"Woman" sərgisi qadın rəssamların yaradıcılığını təqdim edib
sizinxeber.az xəbər saytı

"Woman" sərgisi qadın rəssamların yaradıcılığını təqdim edib


"Turan Art Studio and Gallery"nin təşkilatçılığı ilə 13–14 iyun 2026-cı il tarixlərində "D"art Gallery"də keçirilən "Woman" sərgisi sənətsevərlərə azərbaycanlı qadın rəssamların yaradıcılığını təqdim edib.

"Sizinxeber.az" xəbər verir ki, iyunun 13-də açılışı baş tutan sərgidə natürmort, portret, mənzərə və yaradıcı kompozisiya janrlarında ərsəyə gətirilmiş əsərlər nümayiş olunub.

Yağlı boya texnikasında işlənmiş əsərlər impressionizm və realizm ənənələrinə əsaslanaraq müəlliflərin fərdi təcrübələrini, emosional dünyalarını və bədii baxışlarını əks etdirir. Müxtəlif mövzu və yanaşmaları bir araya gətirən ekspozisiya qadın rəssamların yaradıcılıq ifadələrinin zənginliyini və müxtəlifliyini nümayiş etdirir.

Sərginin konseptual xətti təbiət motivləri üzərində qurulub. Burada təbiət elementləri yalnız dekorativ vasitə kimi deyil, həssaslıq, dayanıqlılıq, daxili inkişaf və özünü kəşf proseslərinin metaforik ifadəsi kimi təqdim olunur. Əsərlərdə təbiətlə insanın daxili aləmi arasında qurulan əlaqə fərqli vizual həllər vasitəsilə ifadə edilir.

Ekspozisiyada "Turan Art Studio and Gallery" tərəfindən təmsil olunan 30 rəssamın 45-ə yaxın əsəri nümayiş olunur. Sərginin kuratoru peşəkar rəssam Turan Muxtarzadədir.

İyunun 14-də də ziyarətçilərin üzünə açıq olan sərgiyə giriş ödənişsizdir və geniş ictimaiyyətə qadın rəssamların yaradıcılığı ilə yaxından tanış olmaq imkanı yaradır.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
Ankarada azərbaycanlı rəssamların "Suverenliyimizi qazandıran şanlı zəfər" adlı sərgisi keçirilir
Cenevrədə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
BMT-də azərbaycanlı gənc rəssamların işlərindən ibarət sərgi açılıb
Milli Xalça Muzeyində “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər