Qubada sel sularının qəzalı vəziyyətə saldığı körpü bərpa olunub
sizinxeber.az xəbər saytı

Qubada sel sularının qəzalı vəziyyətə saldığı körpü bərpa olunub


Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpü müvəqqəti bərpa olunub.

Bu barədə “Sizinxeber.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bir-neçə gün bundan öncə sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxararaq əyilməsi prosesi baş vermişdi. Dərhal əraziyə AAYDA-nın əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görüldü və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunaraq bərpa işlərinə başlanıldı. Artıq işlər yekunlaşdığından körpü ilə hərəkət bərpa olunub.

Həmçinin bildirilir ki, qısa müddət ərzində sözügedən körpünün yanında yeni avtomobil körpüsünün inşasına da start veriləcək.

Oxşar xəbərlər

AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB
Qubada qəzalı vəziyyətdə olan körpünün bərpasına başlanılıb
Selin qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb - FOTO
AAYDA: Goranboyda sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb
AAYDA: Qubada qaya parçaları yoldan kənarlaşdırılır, qısa müddətdə hərəkət bərpa olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər