Qaziantep valisi: Türk dövlətlərini mütəşəkkil şəkildə bir araya gətirən sahə həm də qastronomiyadır
Türk dövlətlərini mütəşəkkil şəkildə bir araya gətirən sahə həm də qastronomiyadır.
Bu fikri Qaziantepdə keçirilən "Türkiyənin Qastrodiplomatika Modeli: Süfrə və İrs" proqramındakı çıxışından sonra "Sizinxeber.az"un yerli bürosuna açıqlamasında şəhər valisi Kamal Çeber bildirib.
Valinin fikrincə, türk dövlətlərinin kimliyini, tarixini oxşar ənənələr və rəngarəng süfrələr də bir araya gətirir: "Mənim ana tərəfdən babalarım Qafqaz kökənlidir. Hər zaman müşahidə etmişəm ki, yeməklərimiz, ədviyyatlarımız, bişirmə üsullarımız hamısı eyni ənənələrdən və türk mədəniyyətindən gəlir. Ona görə də biz süfrə mədəniyyətimizin də mövcud potensialını nümayiş etdirməliyik. Biz zatən birlikdəyik. Fikrimcə, qastronomiya sahəsini də birləşdirməliyik və süfrələrimizin zənginliyi təcrübələrini bölüşməliyik".
Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana son səfəri zamanı "Qarşıdakı dövrü Türk dünyasının əsri edəcəyik" ifadəsini xatırladan vali deyib ki, Türkiyə bu hədəfə çatmaq məqsədindədir: "Türkiyə olaraq bizim belə bir ambisiyamız var. Mənim fikrimcə, türk dünyasının yüz illiyində mətbəximiz ən vacib komponentlərdən biri olacaq".
O, Qaziantepin YUNESKO tərəfindən qeydiyyatdan keçmiş qastronomiya mədəniyyətini, 600-dən çox regional ləziz təamının milli və beynəlxalq platformalarda təbliğ edildiyini bildirib. Kamal Çeber bu baxımdan Türk Dövlətləri Təşkilatının qastronomiya sahəsində Qazinatepin ev sahibliyi ilə birləşməsini arzu edib: "Türkmənistanda, Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda bu cür tədbirlər vasitəsilə mətbəximizi nümayiş etdirmək niyyətindəyik".
Oxşar xəbərlər
TÜRKSOY-un baş katibi: Naxçıvan türk dünyasının “qızıl körpüsü”dür
Kürşat Zorlu: Azərbaycan həm Türk dünyasında, həm də islam aləmində lokomotiv rolunu oynayır
Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb
Ərdoğan Türk dövlətlərini müdafiə sənayesində əməkdaşlığı genişləndirməyə çağırıb
Məmməd Musayev: "Türkdilli ölkələr qlobal ÜDM-də 1,7 % paya malikdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
