İdarə rəisi: Bakının 2040-cı ilə qədər şəhərsalma planı yeni reallıqlara cavab verəcək
Bakının 2040-cı ilə qədər şəhərsalma planı yeni reallıqlara, iqlim dəyişikliklərinə cavab verəcək.
Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib.
O bildirib ki, Prezidentin rəhbərliyi altında şəhərsalma və arxitektura Azərbaycan üçün ən əhəmiyyətli vəzifələrdən biridir: “Bu gün şəhərlərdə misli görünməmiş təzyiqlər var. BMT-yə görə dünya əhalisinin 60%-i 2050-ci ilə qədər şəhərlərdə yaşayacaq. Ona görə müasir şəhərsalma planlaması ətraflı, insanyönümlü, dəqiq işlər görülməlidir. Bakıda artıq uzunmüddətli Baş Plan formalaşıb. Bakının Baş Planı geniş miqyasda nəzərə alınıb. Burada əsas hədəf həyat keyfiyyətinin yüksəldilməsidir. Şəhər nə dərəcədə təhlükəsizdir, insanlar üçün əlçatanlığı əsas götürülüb”.
O qeyd edib ki, Baş Planda ətraf mühitə təsirlərin azaldılmasına diqqət verilib: "Qlobal iqlim hədəflərinə çatmaq üçün çalışırıq. Bununla bağlı BMT sistemində ətraflı müzakirələr aparırıq”.
Oxşar xəbərlər
İdarə rəisi: Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır
Anar Quliyev: 79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir
Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bu ilin birinci yarısına dair hesabat verib
WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı xüsusi təqdimatlar olacaq
Bakının 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinə dair tədbir keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
