AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb.
Bunu "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.
"Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər", - A.Nəcəfli bildirib.
Onun sözlərinə görə, sabah agentliyin mütəxəssisləri tərəfindən körpüyə baxış keçiriləcək: "Bundan sonra körpünün vəziyyəti ilə bağlı dəqiq məlumat vermək mümkün olacaq".
Sənan Ağamalızadə
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib.
"Report"un Şimal bürosunun məlumatına görə, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Belə ki, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi çöküb və körpü uçmaq üzrədir.
Hazırda yol ötürücüsü bağlanıb.
Oxşar xəbərlər
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
Cəlilabadda körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb
Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB
AAYDA: Goranboyda sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb
AAYDA: Qubada qaya parçaları yoldan kənarlaşdırılır, qısa müddətdə hərəkət bərpa olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










