CMS: Saxlanılan Azərbaycan gəmilərinin buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır - EKSKLÜZİV
Ötən il noyabrın 7-də Eritreyada saxlanılan üç Azərbaycan gəmisinin hələ də buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır.
Bu barədə “Report”a “Caspian Marine Services B.V.” şirkətindən məlumat verilib.
Qeyd edilib ki, Eritreyadakı Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi hələ tamamlanmayıb: “Gəmilərin hələ də buraxılmamasının səbəbi Eritreya dövləti ilə bağlıdır. Hazırda Eritreyada bununla bağlı araşdırma aparılır. Bunun üçün müəyyən vaxt tələb olunur”.
Bildirilib ki, Azərbaycan gəmilərindəki heyət üzvləri ilə mütəmadi olaraq əlaqə saxlanılır: “Onların hər birinin vəziyyəti yaxşıdır. Heyət üzvləri qida ilə təmin olunur, onlar ailə üzvləri ilə əlaqə saxlayırlar”.
Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Oxşar xəbərlər
Eritreyadakı Azərbaycan gəmilərinin sərbəst buraxılması üçün sənədləşmə işi tamamlanmaq üzrədir
Eritreyada girov götürülən gəmilərin heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır, məsələ ilə bağlı nota verilib - EKSKLÜZİV
Eritreyada girov götürülən gəmilərdəki Azərbaycan vətəndaşlarının ailələri ilə əlaqəsi üçün köməklik göstərilir
Azərbaycan gəmilərinin Eritreyada saxlanılmasının detalları məlum olub
Azərbaycan gəmilərinin saxlanılmasının detalları məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
