UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
"Mənzil böhranının həlli daxili maliyyədən keçir".
"APA-Economics" xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax deyib.
O bildirib ki, mənzil böhranının həlli üçün ilk növbədə hansı tip yaşayış modelinin qurulacağına dair cəmiyyət daxilində razılıq olmalıdır. Rossbaxın sözlərinə görə, urbanizasiyanı artıran layihələrlə daha kompakt və balanslı şəhər modeli arasında böyük fərq var və bu, birbaşa maliyyə xərclərinə təsir edir.
Anaklaudia Rossbax qeyd edib ki, torpaq mənzil dəyər zəncirinin ən bahalı elementidir və şəhər mərkəzlərində inteqrasiya olunmuş yaşayışın yaradılması daha böyük maliyyə tələb edir.
UN-Habitat rəhbəri bildirib ki, dövlət torpaqlarından istifadə mənzil maliyyəsinin yükünü ciddi şəkildə azalda bilər: “Əgər dövlət torpağı varsa, problemimizin böyük hissəsi həll olunur”.
O vurğulayıb ki, heç bir ölkə mənzil problemini uzunmüddətli və dayanıqlı şəkildə yalnız beynəlxalq maliyyə hesabına həll edə bilməyib: “Əsas rol daxili maliyyələşməyə məxsusdur”.
Anaklaudia Rossbax Çin, Braziliya, Kolumbiya, Meksika, Çili və Hindistan nümunələrini qeyd edərək bildirib ki, uğurlu mənzil siyasətləri dövlət yığımları, kooperativ fondları, işçi yığımları və vergi mexanizmləri hesabına formalaşıb.
Oxşar xəbərlər
UN-Habitat: Qeyri-rəsmi məskunlaşma aradan qaldırılmalı, yeni evlər tikməlidilər
UN-Habitat: Bu gün bir çox şəhərlərdə dağıdıcı daşqınlar, torpaq sürüşmələri və yanğınlar baş verir
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Anaklaudia Rossbax: "Adekvat mənzil anlayışı iqlim risklərini də əhatə etməlidir"
Tamara Paseyro Marin: Uruqvay sosial mənzil üçün özəl sektora vergi təşviqləri tətbiq edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
