İƏT ölkələrinin dünya şəhər əhalisində payı 2050-ci ilə qədər 30 %-ə çatacaq
2050-ci ilə qədər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin ümumi dünya şəhər əhalisində xüsusi çəkisi 30 %-ə yaxınlaşacaq.
"Sizinxeber.az"un məlumatına görə, bunu SESRIC-in (İƏT-in Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi) baş direktoru Zehra Zümrüt Selçuk Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dayanıqlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasında əsas iştirakçılar kimi kiçik və orta müəssisələrin imkanlarının genişləndirilməsi" mövzusunda keçirilən panel müzakirəsində bəyan edib.
"Bu cür urbanizasiya templəri milyonlarla yeni iş yerinin formalaşmasını və şəhər infrastrukturunun köklü şəkildə dəyişdirilməsini nəzərdə tutur. Təşkilatın bir sıra üzv dövlətlərində müəssisələrin ümumi sayının 90 %-nə qədərini təşkil edən kiçik və orta müəssisələr bu prosesdə həlledici rol oynamalıdır.
Məhz KOM seqmenti bu çağırışlara vaxtında cavab verməyə, şəhərləri zəruri xidmətlərlə təmin etməyə və iqtisadi dayanıqlığa töhfə verməyə qadirdir. Bununla əlaqədar kiçik biznesin inkişafına investisiya qoyuluşu strateji cəhətdən mühüm istiqamətdir", - Z.Selçuk bildirib.
Oxşar xəbərlər
SESRIC-in Baş direktoru: "Azərbaycan halal sənaye üzrə TOP-10 ölkələr sırasına daxil ola bilər"
2050-ci ilə qədər Afrika şəhərlərinin əhalisi 900 milyon nəfər arta bilər
SESRIC-in Baş direktoru: "Azərbaycan halal sənayesi üzrə TOP-10 ölkələr sırasına daxil ola bilər"
SESRIC-in başçısı: Azərbaycanla sıx əməkdaşlıq edirik
WUF13 çərçivəsində süni intellekt üzrə gənclər müsabiqəsinə 30 ölkədən 285-dən çox müraciət daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
