Baş direktor: Təbiət əsaslı həllər artıq uzun müddətdir mövcud olan bir konseptdir
Təbiət əsaslı həllər artıq uzun müddətdir mövcud olan bir konseptdir və əlavə, “lüks” yanaşma deyil, əksinə şəhərsalma və məkan planlaşdırmasının erkən mərhələlərinə daxil edilməli əsas komponentdir.
APA xəbər verir ki, bunu Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyində Dayanıqlı İnkişaf və İqlim üzrə Baş Direktor Biqəet Piker Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "İqlim və Mənzil Əlaqəsi" adlı tədbirin panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bu yanaşmanın uğuru məhz planlaşdırmanın vaxtında aparılmasından asılıdır.
Çıxışda vurğulanıb ki, təbiət əsaslı həllər şəhər planlaşdırmasına, torpaq istifadəsinin inteqrasiyasına, tikinti standartlarına və infrastruktur dizaynına daxil edilməlidir. Nümunə olaraq Almaniyada “süngər şəhər” (sponge city) konsepti göstərilib. Bu model xüsusilə daşqın riski yüksək olan şəhərlərdə həm suyun idarə olunması, həm də istilik dalğalarına qarşı dayanıqlığın artırılması məqsədilə tətbiq olunur.
O, həmçinin Meksika və Mərakeş kimi tərəfdaş ölkələrlə aparılan əməkdaşlıqlara toxunaraq, şəhərsalma, rəqəmsal texnologiyalar və iqlim siyasətinin birlikdə innovativ həllər yaratdığını bildirib.
Maliyyələşmə məsələsinə diqqət çəkən Piker qeyd edib ki, bələdiyyələrin bu həlləri həyata keçirə bilməsi üçün maliyyə baxımından gücləndirilməsi vacibdir.
"Hazırda bir çox şəhər büdcələrində təbiət əsaslı həllərin hələ də yol və ya bina tikintisi kimi standart infrastrukturla eyni səviyyədə inteqrasiya olunmur. Bu səbəbdən, yerli səviyyədə maliyyə çərçivələrinin və büdcə planlamasının təkmilləşdirilməsi vacibdir", - o vurğulayıb.
O qeyd edib ki, bu məsələ təkcə ətraf mühit deyil, daha sağlam və dayanıqlı icmaların qurulması ilə bağlıdır.
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycan aşağı emissiyalı inkişaf strategiyası üzərində işləyir
Asiya İnkişaf Bankı: Şəhərlərdə kiçik yaşıl məkanların yaradılmasına çalışmalıyıq
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
IsDB: Ənənəvi və innovativ maliyyələşdirmə üsullarının kombinasiyası tələb olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
