Hava ilə bağlı dəmir yolunda qatarların sürət həddi endirilib
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə olunan qarlı-küləkli hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, qeyd olunan səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
"Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar", - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
ADY sərnişin qatarlarında sürət həddini endirib
Azərbaycanda sərnişin qatarlarında sürət həddi endirilib
Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub
ADY: Dəmir yolunda təbii fəlakətin fəsadları aradan qaldırılıb
ADY avtodayanacaqlarla bağlı sərnişinlərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
