ADY: Dəmir yolunda təbii fəlakətin fəsadları aradan qaldırılıb
12 oktyabr tarixində bəzi bölgələrdə yağan leysan xarakterli yağışlar nəticəsində Pirsaat çayı öz məcrasından çıxıb və Hacıqabul rayonu ərazisindən sel keçib. Nəticədə Hacıqabul stansiyasının ərazisinə də ciddi zərər dəyib və dəmiryol xətlərinin torpaq qatı yuyulub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, həmçinin Hacıqabul dartı yarımstansiyasının həyətində sel suları ciddi fəsad törətdiyi üçün elektrikin verilməsində və rabitə-işarəvermə qurğularının fəaliyyətində fasilələr yaranıb.
Məlumata görə, bu səbəbdən Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən qatarların Sığırlı-Padar-Qarasu-Muğan-Hacıqabul sahəsində sürət həddi endirilib.
Qeyd olunur ki, hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvəsi səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib. Dəmiryol xətlərində möhkəmləndirmə işləri aparılıb, kontakt şəbəkə dayaqlarının dibləri doldurularaq bərkidilib, rels şpal çərçivələrinin yuyulmuş hissələrinə çınqıl tökülərək möhkəmləndirilib.
“Hadisənin fəsadları aradan qaldırılıb, hazırda ölkədaxili marşrutlar üzrə qatarların sürəti tam bərpa edilib”, - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycanda sərnişin qatarlarında sürət həddi tam bərpa edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY sərnişin qatarlarında sürət həddini endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabula yağıntı normadan 147 % çox olub, evləri su basıb - FOTO - VİDEO - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sərnişin qatarlarında sürət həddi endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabula yağıntı normadan 147 % çox olub, evləri su basıb - FOTO - VİDEO - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












