COP29-un dördüncü günü daşınan sərnişinlərin sayı açıqlanıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb.
“Sizinxeber.az-Economics” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA)istinadən xəbər verir ki, tədbirin 4-cü günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və 52 367 sərnişin daşınıb.
COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarını təmin etmək üçün AYNA tərəfindən BakuBus, Bakı Taksi Xidməti, Azparking əməkdaşları daxil olmaqla ümumilikdə 1600 nəfərdən çox heyət üzvü cəlb edilib.
Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü 45 minə yaxın, üçüncü günü 43 min sərnişin şatllarla daşınıb. Bu günədək ümumilikdə 175 mindən çox sərnişinə xidmət göstərilib.
Oxşar xəbərlər
COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb
COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb
AYNA: COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb
AYNA: COP29-un ikinci günündə şatllardan 45 min sərnişin istifadə edib
AYNA: COP29-un ilk günü şatllardan 35 min sərnişin istifadə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













