İsrail Livanın bu şəhərlərini bombaladı: 28 ölü
sizinxeber.az xəbər saytı

İsrail Livanın bu şəhərlərini bombaladı: 28 ölü


İsrail ordusu dünən gecədən bəri Livanın cənubundakı Nəbatiyyə, Tir və Sidon şəhərlərinə hava hücumları həyata keçirib.

Sizinxeber.Az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

İsrailin Sidon bölgəsindəki Kanarit rayonuna endirdiyi hava hücumu nəticəsində 7 nəfərin öldüyü, 13 nəfərin isə yaralandığı bildirilir.

Nəbatiyyə şəhərinə edilən hücumlarda isə 16 nəfər həyatını itirib.

Eyni zamanda, səhər saatlarında Sur şəhərinin Bariş rayonuna edilən hava hücumunda 2-si uşaq olmaqla, eyni ailədən 4 nəfər həlak olub.

Ölkənin şərqindəki Suhmur şəhərində də 1 nəfər ölüb.

Qeyd edək ki, ötən gün İsrail və Hizbullahın atəşkəs barədə razılığa gəlməsi ilə məlumat yayılmışdı.

Oxşar xəbərlər

İsrailin Livana hava hücumları nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb
Livanda son sutkada aviazərbələr nəticəsində 41 nəfər ölüb
İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 10-a çatıb
İsrailin Livanın cənubuna endirdiyi zərbələrdə son sutkada azı 13 nəfər həlak olub
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 14 nəfər həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər