AYNA: COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk 3 günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 123 min sərnişin daşınıb.
Bu barədə “Sizinxeber.az” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, nəqliyyat vasitələrinin düzgün idarə olunması ilə sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanından H1 ekspres marşrutu ilə “28 May” və H2 ekspres marşrutu ilə “Əhmədli” metro stansiyalarına rahat və təhlükəsiz şəkildə çatdırılıb. Qeyd edək ki, bu daşınmalar ödənişsiz həyata keçirilir.
Qeyd edək ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə AYNA gücləndirilmiş rejimdə çalışır. Sərnişindaşıma əməliyyatlarında ümumilikdə 1 600-dən çox əməkdaş iştirak edir.
Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü isə 45 minə yaxın sərnişin şatllarla daşınıb. Növbəti günlərdə də sərnişin daşımalarının yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər davam etdiriləcək.
Oxşar xəbərlər
AYNA: COP29-un ikinci günündə şatllardan 45 min sərnişin istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: İstirahət günlərində 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 və bayram günləri ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












