COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb


Noyabrın 12-si – COP29-un ikinci günündə daşıma sayı turistlərin yerüstü nəqliyyat xidmətlərinə yüksək marağını nümayiş etdirir ki, bu da bizim beynəlxalq arenada keyfiyyətli və etibarlı nəqliyyat həlləri təqdim etmək qabiliyyətimizi təsdiqləyir.

Sizinxeber.az-Economics” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, ötən gün 18 Nəqliyyat Mübadiləsi Mərkəzindən edilən 4200-dən çox səfər nəticəsində ümumilikdə 45 minə yaxın sərnişin getdiyi ünvana çatdırılıb. Bu sərnişindaşıma əməliyyatlarında Agentliyin 350 əməkdaşı iştirak edib.

Qeyd edilib ki, nəqliyyat vasitələrini düzgün yönləndirilməsi sayəsində sərnişinlərin rahat və təhlükəsiz şəkildə Heydər Əliyev Beynəlxalq Aeroportundan H1 ekspres avtobusu ilə “28 May” və H2 ekspres avtobusu ilə “Əhmədli” metro stansiyalarına çatdırılması həyata keçirilib.

Xatırladaq ki, tədbirin ilk günündə sərnişinlərin şəhər nəqliyyatından rahat və səmərəli istifadəsi üçün təşkil edilmiş 18 HUB-dan etibarlı nəqliyyat əlaqəsi təmin edilərək ümumilikdə 35 min sərnişin daşınmışdır.

Oxşar xəbərlər

AYNA: COP29-un ikinci günündə şatllardan 45 min sərnişin istifadə edib
AYNA: COP29-un ilk günü şatllardan 35 min sərnişin istifadə edib
COP29 zamanı Bakı aeroportunun fəaliyyətində müvəqqəti dəyişikliklər ediləcək
Sərnişinlərin nəzərinə: COP29 dövründə Bakı aeroportuna necə rahat çatmaq olar?
Azərbaycanda elektrikli mühərrikli nəqliyyat vasitələrinin sayı 60% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər